reklam
Ukrayna millisinin formaları dəyişəcək -
Sportfm.az xəbər saytı

Ukrayna millisinin formaları dəyişəcək -AVRO-2020


Futbol üzrə Ukrayna millisinin Avropa çempionatı üçün hazırlanmış formaları dəyişdiriləcək.

Sportfm.az xəbər verir ki, UEFA bununla bağlı Ukrayna Futbol Assosiasiyasına göstəriş verib. Siyasi şüarları yığmanın formasından çıxarması tələb olunub.

Formaların üzərində Krımın Ukrayna ərazisi kimi göstərilməsi və "Слава Украине!", "Героям Слава!" ("Yaşasın Ukrayna! Qəhrəmanlara eşq olsun!") şüarlarının yer alması Rusiyanın narazılığına səbəb olmuşdu.

UEFA-dan bildirilib ki, BMT dövlətin müvafiq sərhədlərini tanıdığı üçün formadakı Ukrayna xəritəsi qitə futbol qurumunun qaydalarını pozmur. "Слава Украине!" şüarı da geyimdə qalacaq. Amma ikinci şüar ("Героям Слава!") formadan çıxarılmalıdır. UEFA hesab edir ki, bu, birinci şüarla yanaşı yazılanda siyasi məna daşıyır.

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyulda keçiriləcək. 

Oxşar xəbərlər

Ukrayna Futbol Federasiyası UEFA-ya etiraz etdi - Rusiyalı hakimə görə
Ukrayna Rusiyanın FIFA və UEFA-dan çıxarılmasını tələb etdi
Milli forma siyasi qalmaqal yaratdı - VİDEO
Millətlər Liqasının oyunu ləğv edildi - 6 futbolçu sıradan çıxdı
Futzal üzrə AÇ-2018: Ukrayna son saniyələrdə qələbə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər