Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hacı Əliyevlə Şərif Şərifov beynəlxalq turnirdə -Poland Open
Sabah Varşavada güləş üzrə “Poland Open” turniri start götürəcək.
Sportfm.az xəbər verir ki, reytinq xarakterli yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaq.
Yarışın proqramına əsasən, sabah Hacı və Şərif, iyunun 9-da isə Hacımurad mübarizəyə start verəcək. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.
Oxşar xəbərlər
Millimizin heyəti açıqlandı - Olimpiya Təsnifat turniri
Millimizin heyəti açıqlandı - Qran-pri üçün
Hacı Əliyev Rusiyada belə qalib oldu - VİDEO
Hacı Əliyev beynəlxalq turnirdə iştirak edəcək
Avropa Çempionatına gedən heyət açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası