reklam
Avropa Çempionatında covid testi tələb olunacaqmı? -
Sportfm.az xəbər saytı

Avropa Çempionatında covid testi tələb olunacaqmı? -AÇIQLAMA


AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla azarkeşlərin Avro-2020-nin oyunlarına hansı formada buraxılacağı barədə açıqlama verib.

O, bildirib ki, matç günü stadiona giriş üçün COVİD-19 testi tələb olunmayacaq:

"Xaricdən gələn azarkeşlər  Prezidentin sərəncamında göstərildiyi kimi yalnız milli komandasının oyunları Bakıda keçiriləcək ölkələrin - Böyük Britaniya, İsveçrə və Türkiyə vətəndaşları olmalıdır. Bu ölkələrin vətəndaşlarının ölkəyə daxil olmaq üçün bileti və ya bileti təsdiq edən sənədi əllərində varsa, həmin sənədi təqdim edərək viza alıb, ölkəyə daxil ola bilərlər".

F.Abdulla bildirib ki, oyunlar zamanı Bakı Olimpiya Stadionunun girişində yalnız bədənin temperaturu ölçüləcək: "Hərarət normadadırsa, həmin şəxs stadiona buraxılacaq. Stadiona daxil olmaq üçün vaksin və ya neqativ COVİD-19 nəticəsi tələb olunmur".

Qeyd edək ki, Avro-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.(qol.az)

Oxşar xəbərlər

Bakıda ilk oyun - AVRO-2020
Danimarka azarkeşlərə icazə verdi - AVRO-2020
Bakıdakı oyunlara neçə bilet satıldı - AVRO-2020
Bakıdakı yığmaların proqramı bilindi - AVRO-2020
Bakıdakı oyunlarda tamaşaçı iştirakına icazə verildi - AVRO-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər