reklam
Amerika Kuboku Braziliyada keçiriləcək -
Sportfm.az xəbər saytı

Amerika Kuboku Braziliyada keçiriləcək -AÇIQLAMA


Braziliya hakimiyyəti futbol üzrə Amerika Kubokunun ölkə ərazisində keçirilməsində maneələr görmür.

Sportfm.az xəbər verir ki, bu barədə Cənubi Amerika respublikasının prezidenti Jair Bolsonaru bildirib.

O, qeyd edib ki, oyunların keçirilməsi üçün beş şəhərdən dördü artıq müəyyən olunub.

"Biz təbii ki, qubernatorlarla birlikdə, oyunların keçirilmə yerlərini seçdik. İndi artıq dörd qubernator - Brazilia (Federal dairə - red), Rio-de-Janeyro, Matu-Qrosu-du-Sul və Qoyas. Braziliya bütün protokollara riayət etməklə Amerika Kubokunu qəbul edəcək", - dövlət başçısı deyib.

Qeyd edək ki, daha əvvəl Kolumbiya 2021-ci ildə futbol üzrə Amerika Kuboku matçlarının keçirilməsi hüququndan məhrum olunub. 

Amerika Kuboku 2020-ci ildə keçirilməli idi, ancaq koronavirus pandemiyasına görə, ötən ilin martında yarışın 2021-ci ilin yayında təşkili barədə qərar verilib. Yarışı Argentina və Kolumbiya 13 iyun-10 iyulda təşkil etməli idi.

Oxşar xəbərlər

Messi və Neymar rəmzi 11-likdə - Amerika kuboku
Kolumbiya bürünc medal qazandı - Amerika kuboku
Argentina Uruqvayla eyni qrupda - Copa America
Qərar qəbul edildi, iki ölkədə keçiriləcək - FOTO
Qitə çempionatında 12 komanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər