Qitə çempionatında 12 komanda
Amerika kubokunun iştirakçılarının sayı və tərkibi dəqiqləşib.
Sportfm.az xəbər verir ki, digər qitə təmsilçilərinin iştirakı ilə keçirilməsi ənənəvi hal alan Cənubi Amerika çempionatında 12 komanda mübarizə aparacaq.
2019-cu ildə təşkil olunacaq yarışa qonaq qismində Asiya təmsilçiləri qatılacaq. Bunlar Yaponiya və Qətər milliləridir.
Turnirdə Cənubi Amerika Futbol Konfederasiyasına (KONMEBOL) üzv olan 10 ölkənin yığması da mübarizə aparacaq. Bunlar Argentina, Boliviya, Braziliya, Çili, Venesuela, Ekvador, Paraqvay, Peru, Uruqvay və Kolumbiyadır.
Turnirin 2019-cu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılıb. Amerika kubokunu qəbul edəcək ölkə isə hələ dəqiqləşməyib.
Qeyd edək ki, Amerika kubokunun son qalibi Çili yığmasıdır.
Oxşar xəbərlər
Liderdən bərabərlik - Amerika kuboku
Argentina Uruqvayla eyni qrupda - Copa America
Amerika Kubokunun finalçıları məlum oldu
Braziliya və Venesuela eyni qrupda - Kopa Amerikanın püşkü atıldı
Asiya ölkəsi Amerika Kubokunda iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası