Özbəkistan komandası Bakıda ən güclüdür
"İBSA Judo Grand Prix Baku 2019" yarışlarının sonuncu gününə yekun vurulub.
Sportfm.az xəbər verir ki, yarışların ikinci günündə müxtəlif ölkələrdən olan idmançılar 6 qızıl uğrunda mübarizə aparıblar. Ölkəmizi 9 cüdoçu təmsil edib.
Azərbaycanlı idmançı Rövşən Səfərov 90 kq çəki dərəcəsndə yarışların gümüş mükafatçısı olub.
Digər paracüdoçumuz Xanım Hüseynova isə 63 kq çəki dərəcəsində qadınların yarışında üçüncü yerə layiq görülüb.
Azərbaycan komandası yarışlarda 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanmaqla ümumi nəticədə ikinci yerə çıxıb. Yarışların ilk yerini isə 4 qızıl və 4 bürünc medal ilə Özbəkistan komandası qazanıb.
Qadınların yarışında qızıl medalları özbəkistanlı Nafisa Şeripboeva (63kq), meksikalı idmançı Lenia Ruvalkaba Alvares (70kq) və italiyalı Karolina Kosta (+70kq) qazanıblar.
Kişilərin yarışında qızıl medalları iranlı Vahid Nuri (90kq), britaniyalı Kristofer Skelley (100kq) və özbəkistanlı Şirin Şərifov qazanıblar.
Oxşar xəbərlər
39 ölkə arasında birinciyik - Praqada
Azərbaycan cüdoçuları 6 medal qqazandı - Açıq Avropa turniri
Paracüdoçularımızdan iki qızıl medal - Bakı Qran-Prisi
Millimiz 40 ölkə arasında 4-cü oldu - Avropa çempionatı
“EYOF Bakı 2019”: Cüdoçumuz gümüş medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası