ABŞ-da yaşayan 10 yaşlı həmyerlimizdən böyük uğur -FOTO
ABŞ-da yaşayan 10 yaşlı azərbaycanlı Ömər Niyazov Vircinya ştatında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə “Virginia State Champion in Freestyle and Greco Wrestling” turnirinin qalibi olub. Üç mərhələdən ibarət yarışda Ö.Niyazov 38 kq çəkidə Vircinya ştatı üzrə birincilik əldə edərək ABŞ çempionatına vəsiqə qazanıb.
Anası Leyla Niyazova açıqlamasında bildirib ki, Ömərin nüfuzlu yarışdakı böyük uğuru ailəsini və ABŞ–da yaşayan həmvətənlərimizi qürurlandırıb: “7 ildir Vircinya ştatının Fearfax şəhərində yaşayırıq. Mən ABŞ-da şirkətlərdən birində mühasib, həyat yoldaşım isə İnformasiya Texnologiyaları (İT) sahəsində işləyir. İki övladımız var. Kiçik yaşlarından idmanın müxtəlif növlərinə böyük maraq göstərən Ömər 6 yaşından üzgüçülüklə məşğul olur və bu il yığma komandaya alındığı üçün artıq yarışlara da qatıla biləcək. O, eyni zamanda atası ilə bərabər cüdo ilə məşğuldur. Ömər həm də şahmat oynayır və məktəblərarası bir çox yarışlarda böyük uğurlar qazanıb. Güləşlə bir ildir məşğuldur və qısa zamanda ştat birinciliyi ilə əldə etdiyi böyük uğur bizi çox sevindirdi”.
L.Niyazova deyir ki, oğlu üç yaşından ABŞ-da yaşasa da, Azərbaycan dilində mükəmməl danışır və dəqiq elmlərə böyük marağı var:
“Ömər xüsusi istedadlı uşaqların təhsil aldığı məktəbdə 4-cü sinifdə oxuyur. Riyaziyyat fənninə marağı böyükdür. Ən böyük arzusu Azərbaycan bayrağı ilə beynəlxalq yarışlarda qatılaraq ölkəmizi layiqincə təmsil etməkdədir”. (Report)



Oxşar xəbərlər
Samboçumuz ABŞ çempionu oldu - Uğur
İdmançı siyasətçilərimiz - Aralarında idman ustaları da var
Gənclər və İdman naziri 14 yaşlı şahmatçı ilə görüşdü - FOTO
Təhsil Nazirliyi yüksək nəticə göstərən məşqçiləri və idmançıları mükafatlandırdı - FOTOLAR
Güləş Federasiyasının vitse-prezidenti qalib və mükafatçılarla görüşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
XI turun oyun cədvəli - II Liqa
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO















Misli Premyer Liqası