AFFA rəsmisindən Ozobiçlə bağlı açıqlama -FİFA-ya müraciət ediləcək
AFFA “Qarabağ”ın futbolçusu Filip Ozobiçi milliləşdirə bilər.
Sportfm.az xəbər verir ki, bununla bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla saytına açıqlamasında deyib. O, Ozobiçin iyulun ortalarında Azərbaycanda olmasının 5 illiyinin tamam olacağını və daha sonra yığmanın baş məşqçisi Canni De Byazinin istəyinə uyğun olaraq, lazımı sənədləri hazır etdikdən sonra FİFA-ya müraciət edəcəklərini bildirib:
“Ozobiçin Azərbaycanda olmasının 5 ili iyulun ortalarında tamam olacaq və baş məşqçinin istəyinə uyğun olaraq, o zaman AFFA müvafiq sənədləri təqdim etməklə FİFA-ya müraciət edəcək”.
AFFA rəsmisi, Ozobiçə Azərbaycan vətəndaşlığının verilməsi məsələsi haqda isə bunları deyib:
“Futbolçuya vətəndaşlıq verilməsi AFFA-nın səlahiyyətində olan məsələ deyil, burada söhbət futbolçunun milli komandaya cəlb olunmasından gedir, bunun üçün isə yuxarıda qeyd etdiyim vaxtı gözləməli olacağıq. De Byazinin istəyib-istəməməsi isə hələ ki futbolçunun millimizdə oynamasına hüquqi baxımdan imkanın olub-olmamasına bağlı məsələdir”.
Filip Ozobiç 2016-cı ilin iyulunda Xorvatiyanın “Slaven” klubundan “Qəbələ”yə keçib. 30 yaşlı yarımmüdafiəçi iki il “qırmızı-qaralar”da forma geyindikdən sonra – 2018-ci ilin yayında “Qarabağ”a keçib. Ozobiç bu mövsüm Azərbaycan Premyer Liqasında “köhlən atlar”la 20 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib. (Komanda.az)
Oxşar xəbərlər
"Neftçi" Ozobiçlə güclənir - İddia
Azərbaycanda hansı stadion Pelenin adına olacaq?
Ozobiç "Qarabağ"ın tarixinə düşdü - Premyer Liqa
Xorvat futbolçu Azərbaycan millisində - RƏSMİ
AFFA açıqlama verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası