Azərbaycanda hansı stadion Pelenin adına olacaq?
“FIFA-nın hansısa stadiona Pelenin adının verilməsi ilə bağlı müraciətindən sonra AFFA-da bu məsələ müzakirə olunacaq”.
Sportfm.az xəbər verir ki, bunu "Report"aaçıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev FIFA prezidenti Canni İnfantinonun Pelenin dəfn mərasimində bütün ölkələrdə ən azı bir stadiona mərhum braziliyalının adının verilməsi üçün müraciət edəcəkləri ilə bağlı dediyi fikirlərə münasibət bildirərkən deyib.
Milli assosiasiya rəsmisi bunun üçün ali futbol qurumundan rəsmi məktub gözlədiklərini söyləyib: “FIFA prezidentinin həmin açıqlamasından xəbərdarıq. Canni İnfantino federasiyalara müraciət edəcəklərini bildirib. Lakin bu məsələ hələ ki, AFFA-ya rəsmi qaydada daxil olmayıb. Hazırda rəsmi müraciəti gözləyirik. Ondan sonra AFFA daxilində müzakirə olunacaq və bunun nəticəsi ilə bağlı icitmaiyyəti məlumatlandıracağıq”.
Qeyd edək ki, üçqat dünya çempionu Pele ötən il dekabrın 29-da vəfat edib.
Oxşar xəbərlər
Pelenin şərəfinə stadionun adı dəyişdiriləcək - Kolumbiyada
Pele ilə bağlı istək - FIFA-dan
Braziliya futbolun kralı ilə vidalaşır - VİDEO
AFFA rəsmisindən Ozobiçlə bağlı açıqlama - FİFA-ya müraciət ediləcək
AFFA rəhbərliyi İnfantino ilə görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası