Millinin potensial rəqibləri müəyyənləşdi -Avro-2021
Qadın voleybolçular arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi başa çatıb.
Sportfm.az xəbər verir ki, qitə birinciliyinin final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Belarus, Bosniya və Herseqovina, Macarıstan, Yunanıstan, İspaniya, Slovakiya, Finlandiya, Fransa, Ukrayna, Çexiya, İsveçrə və İsveç milliləri seçmə mərhələdən "Avro-2021"ə yüksəliblər.
Azərbaycan yığması final mərhələsinə "Avro-2019"un nəticələrinə görə vəsiqə qazanan 8 ən yaxşı komandadan biridir. Millimizlə yanaşı, Belçika, Almaniya, İtaliya, Niderland, Polşa, Rusiya və Türkiyə də qitə çempionatında gücünü sınayacaq.
"Avro-2021"in oyunları avqustun 18-dən sentyabrın 4-dək Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyada keçiriləcək.
Oxşar xəbərlər
Millimiz Avropa çempionatında iştirak edəcək
Millimizin rəqibləri məlum oldu
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
Azərbaycanın buraxılmadığı AÇ-da iştirak edəcək bütün komandalar
Voleybol üzrə Avropa çempionatının ilk günü - Nəticələr və təqvim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası