reklam
Təmkin Xəlilzadədən açıqlama -
Sportfm.az xəbər saytı

Təmkin Xəlilzadədən açıqlama -"Sizə ilk olaraq mən xəbər edəcəm”


Bir neçə gündür adı “Neftçi” ilə hallanan "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə yayılan xəbərlərə münasibət bildirib.

Sportfm.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bununla bağlı İnstaqram hesabında paylaşım edib. O, “Neftçi” ilə razılaşması xəbərlərinin düzgün olmadığını bildirib:
“Dostlar, hər birinizi salamlayıram. Bir neçə gündür mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram. Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda “Sabah” klubu ilə davam edən müqaviləm var. Bu səbəbdən, hər hansı bir klub ilə danışmağım, müqavilə imzalamağım və anlaşmağım reallıqdan kənardır. İndiki halda, sadəcə üzvü olduğum klubun oyunlarına köklənmişəm. Təkliflərə gəlincə, mövsüm bitdikdən sonra, götür-qoy edib, qərar verəcəyəm və qərarımı sizə ilk olaraq mən xəbər edəcəm”.

Qeyd edək ki, millimizin üzvünün “Sabah”la müqaviləsi mövsümün sonuna qədərdir.

Oxşar xəbərlər

Legioner futbolçu “Neftçi”ni tərk etmədi - Müqavilə
"Neftçi"dən xal itkisi - Premyer Liqa
Təmkinin 150-ci oyunu - Premyer Liqada
"Sabah" millimizin üzvü ilə müqavilə bağladı
Təmkin Xəlilzadə "Sabah"ın formasında - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər