reklam
4 cüdoçumuz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

4 cüdoçumuz mübarizəyə başlayır -Böyük Dəbilqə


Bu gün Azərbaycanın daha 4 cüdoçusu Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayır.

Sportfm.az xəbər verir ki, onların hamısı kişilər arasında iki çəki dərəcəsində yarışacaq.

73 kq-da Rəşad Məmmədəliyev və Nurlan Osmanov, 81 kq-da isə Murad Fətiyev və Hidayət Heydərov medal qazanmağa çalışacaq.

Böyük Dəbilqə

6 may

Kişilər

73 kq
1/16 final. Rəşad Məmmədəliyev - Antoni Zinqq (Almaniya) / Maxmadbek Maxmadbekov (Rusiya) cütünün qalibi
1/32 final. Nurlan Osmanov - Georgios Azoidis (Yunanıstan)

81 kq
1/16 final. Murad Fətiyev - Terens Kuamba (Qabon)
1/32 final. Hidayət Heydərov - Asad Masabirov (Qırğızıstan)

Qeyd edək ki, Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Yarışda 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayır. Azərbaycanın 5 idmançısı ilk günü medalsız bitirib.

Oxşar xəbərlər

4 cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
Cüdoçularımızın ilk rəqibləri məlum oldu - Böyük Dəbilqə
Cüdoçularımız “Böyük dəbilqə”də iştirak edəcək - SİYAHI
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır - Böyük Dəbilqə
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər