reklam
Divizionunda çempion və medalçılar müəyyənləşdi
Sportfm.az xəbər saytı

Divizionunda çempion və medalçılar müəyyənləşdi


Futbol üzrə Azərbaycan I Divizionunda 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, XXV turda evdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gələn "Neftçi-2" sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. 

Bu qələbədən sonra xallarını 61-ə çatdıran paytaxt təmsilçisi ən yaxın izləyicisi "Zaqatala"nı 11 xal qabaqlayır.

Aşağı dəstədə medalçılar da bəlli olub. Digər komandaların 2-3-cü yerləri tutmaq şansı olmadığından "Zaqatala" ilə "Turan Tovuz" mükafatları təmin edib. Rəqiblərindən 1 oyun az keçirən zaqatalalılar 50 xalla ikinci pillədə qərarlaşıb. Əyalət komandası mayın 7-də "Qaradağ Lökbatan"ı qəbul edəcək. XXV turda "Sabah"la 3:3 hesablı heç-heçəyə razılaşan "Turan Tovuz" isə 48 xalla 3-cü sırada yer alıb.

Günün digər oyununda "Qarabağ-2" evdə "Keşlə-2"ni 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, hazırda "Neftçi-2"nin baş məşqçisi Mahmud Qurbanovdur. Əslən Gəncədən olan 50 yaşlı mütəxəssis 1992 - 1996 və 1997 - 2000-ci illərdə "Kəpəz"in futbolçusu, 2012-2013-cü illərdə isə baş məşqçisi olub.

Oxşar xəbərlər

Birinci divizionda çempion məlum oldu - 2022-2023 mövsümü
Gümüş və bürünc medalçılar da müəyyənləşdi - I Divizion
"Kəpəz" uduzdu, "Zaqatala" qalib gəldi - Birinci Divizion
I Divizionda mövsümün təqvimi açıqlandı - SİYAHI
"Turan Tovuz" səfərdə qalib gəldi, "Zaqatala" evdə məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər