reklam
“Neftçi”
Sportfm.az xəbər saytı

“Neftçi” "Keşlə"nin oyunçusunu istəyir


“Neftçi” klubu “Keşlə”nin aparıcı legioneri Sezar Meza Kollini transfer etməyə hazırlaşır.

Sportfm.az xəbər verir ki, artıq paraqvaylı yarımmüdaiəçi ilə müqavilə şərtlərinin razılaşdırıldığı bildirilir.

"Ağ-qaralar" ona hazırkı komandasında qazandığından xeyli artıq maaş təklif edib. Əgər tərəflər arasında tam razılıq əldə olunsa Sezar “flaqman”la ikiillik müqavilə bağlayacaq.

Qeyd edək ki, ölkəmizdə “Zirə” klubunun da şərəfini qoruyan paraqvaylı futbolçu bir müddət Rumıniyanın “Krayova” klubunda çıxış etsə də, 2020-ci ildə yenidən “Keşlə”yə qayıdıb.

 

Oxşar xəbərlər

“Neftçi”nin ilk transferi - RƏSMİ
Sezar 100-ə çatdı - Premyer Liqa
“Keşlə” sabiq futbolçusunu icarəyə götürdü
Sezar Meza Kollinin müqaviləsinin şərtləri məlum oldu
Sezar Meza Kolli Rumıniyaya yollanır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər