
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
“Neftçi”nin ilk transferi -RƏSMİ
“Neftçi” mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi paraqvaylı futbolçu Sezar Meza Kollini heyətinə qatıb.
30 yaşlı yarımmüdafiəçi ilə 2 illik - 2022/2023-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb. O, flaqmanın heyətində 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, son klubu "Keşlə" (2013-2016, 2018, 2019-2021) olan Sezar Meza Kolli 2016/2017 mövsümündə “Zirə”də oynayıb. O, bundan başqa İtaliyanın “Çezena” (2011-2012), “Pavia” (2012-2013), İspaniyanın “Alaves” (2012) və Rumıniyanın “Universitatya Krayova” (2018) klublarında çıxış edib.
Oxşar xəbərlər
Sezar Meza Kolli yenidən Azərbaycanda
Maçado "Neftçi"də - RƏSMİ
"Neftçi"nin növbəti transferi - VİDEO
"Keşlə"nin futbolçusu rəsmən Rumıniya klubunda
Sezar Meza Kolli Azərbaycandan getdi - Futbolçu karyerasını Rumıniyada davam etdirəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin