Sərbəst güləşçilərimiz lisenziya üçün mübarizə aparacaq -Tokio-2020
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirinə start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilər yarışacaq. Azərbaycanın 3 təmsilçisi güləşin bu növündə qüvvəsini sınayacaq.
57 kq çəki dərəcəsində Georgi Edişeraşvili, 86 kq-da Abubakr Abakarov, 125 kq-da isə Vahid Qalayev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq.
Dünya Təsnifat Turniri
6 may
Sərbəst güləş
57 kq
Təsnifat: Georgi Edişeraşvili - Otari Qoqava (Gürcüstan)
86 kq
Təsnifat: Abubakr Abakarov - Uri Kalaşnikov (İsrail)
125 kq
1/8 final: Vahid Qalayev - Xose Kuba Vaskes (İspaniya)
Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək. Sərbəst güləşdə 65, 74 və 97 kq-da olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya Təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlib.
Oxşar xəbərlər
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır - Təsnifat turniri
Güləşçilərimizdən tarixi antirekord - Uğursuzluq
Güləşçilərimiz yarımfinalda - Təsnifat Turniri
Güləşçilərimizin ilk rəqibləri bilindi - Təsnifat Turniri
Millimizin heyəti açıqlandı - Olimpiya Təsnifat turniri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası