reklam
Millimizin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Millimizin heyəti açıqlandı -Avropa təsnifat turniri


Taekvondo üzrə Azərbaycan milli komandası Bolqarıstanda keçiriləcək Tokio Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turnirində iştirak edəcəklər.

Sportfm.az xəbər verir ki, yığmamız paytaxt Sofiyada təşkil ediləcək yarışda üç idmançı ilə təmsil olunacaq. Kişilərin yarışında 80 kiloqramdan yuxarı çəki dərəcəsində Radik İsayev, qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) lisenziya uğrunda mübarizə aparacaqlar.

Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərlik etdiyi millinin iştirak edəcəyi yarışlar mayın 7-8-də keçiriləcək.

Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Oxşar xəbərlər

Olimpiya çempionumuz mübarizəyə başlayır - Tokio-2020
Olimpiya Təsnifat Turnirinə qatılacaq idmançılarımız məlum oldu - SİYAHI
Yaponiya Qran-Prisində ölkəmizi 8 idmançı təmsil edəcək
Millimizin dünya çempionatı üçün heyəti açıqlandı
Azərbaycan taekvondoçuları Braziliyaya yola düşdülər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər