Azərbaycan ilk dəfə -Dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycan Gimnastika Federasiyasının (AGF) 2021-ci ildə təşkil edəcəyi ən irimiqyaslı yarış aerobika gimnastikası üzrə dünya çempionatıdır.
Sportfm.az xəbər verir ki, ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi yarış mayın 27-29-da keçiriləcək.
Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa çempionatı isə ilk dəfə olaraq 2019-cu ildə təşkil edilmişdi. Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə dünya çempionatı zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açmağa hazırlaşır.
Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.
Oxşar xəbərlər
Bakıda dünya çempionatı başlayır - Aerobika gimnastikası
Bakıda keçiriləcək dünya çempionatında 33 ölkə iştirak edəcək
Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürdü - FOTO
"Aerobika gimnastikası Azərbaycanda fəal inkişaf edir" - Marian Kolev
Aerobika gimnastikası üzrə Avropa çempionatı təşkil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası