Güləşçilərimiz Qazaxıstan yığması ilə birgə toplanış keçir -VİDEO
Sərbəst güləş üzrə yığmamız aprelin 21-dən Bakıda növbəti təlim-məşq toplanışına start verib.
Sportfm.az xəbər verir ki, mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan hazırlıq prosesi Olimpiya Güləş Mərkəzində keçirilir. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam etdirilən təlim-məşq toplanışında əsasən taktiki-texniki çalışmalara üstünlük verilir. Hazırlıq prosesi ölkəmizə təşrif buyurmuş Qazaxıstan millisi ilə birgə keçirilir.
Qeyd edək ki, sərbəst güləşçilərimiz mayın 3-də Bolqarıstana yollanacaq. Olimpiadaya lisenziya qazandıracaq sonuncu yarış olan Dünya Olimpiya Təsnifat turnirində millimiz 3 çəkidə - 57, 86 və 125 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə etməyə çalışacaq. Sofiyada güləşin bu növü üzrə mübarizə mayın 6-7-də baş tutacaq.
Oxşar xəbərlər
Güləşçilərimiz üçün DÇ öncəsi növbəti toplanış
Millimizin heyəti açıqlandı - Olimpiya Təsnifat turniri
Güləşçilərimiz Avropa çempionatına Göygöldə hazırlaşır
Güləşçilərimiz təlim-məşq toplanışında - Rusiyada
Güləşçilərimiz Dağıstanda hazırlaşacaq - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası