reklam
Güləşçilərimiz 3 medal qazandı -
Sportfm.az xəbər saytı

Güləşçilərimiz 3 medal qazandı -Avropa çempionatı


Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Sportfm.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ukrayna təmsilçisi Dmitri Pışkovla üz-üzə gəlib.

Rəqibini məğlub edən Süleymanov qitə çempionatının bürünc medalına sahib çıxıb. Daha əvvəl Eldəniz Əzizli (55 kq) bürünc, Taleh Məmmədov (63 kq) isə gümüş medal əldə edib.

Bu gün yarışa qoşulan idmançılardan Namaz Rüstəmov (67 kq) və Zamir Məhəmmədov (97 kq) rəqibləri finala vəsiqə qazandığı üçün bürünc medal uğrunda mübarizə aparacaqlar. Rüstəmov təsəlliverici görüşdə İtaliya təmsilçisi Zaur Kabaloevlə üz-üzə gələcək. Məhəmmədov isə bürünc medal uğrunda qarşılaşmada Mikalay Stadubla (Belarus) güləşəcək.

Bu çəki dərəcələrində medal və təsəlliverici qarşılaşmaları aprelin 25-də olacaq.

Oxşar xəbərlər

Azərbaycanın daha bir güləşçisindən bürünc - Dünya çempionatı
Güləşçilərimiz Avropa çempionatını 3 medalla bitirdi
Son iki güləşçimiz medal görüşünə çıxacaq - Avropa çempionatı
Daha bir güləşçimiz ermənini məğlub etdi - Avropa çempionatı
5 yunan-Roma güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər