reklam
Güləşçimiz dörddəbir finalda -
Sportfm.az xəbər saytı

Güləşçimiz dörddəbir finalda -Avropa çempionatı


Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) qitə birinciliyinə inamlı qələbə ilə start verib. Dünya və Avropa çempionumuz Bolqarıstan güləşçisini elə ilk hissədə məğlubiyyətə uğradıb. Dörddəbir finala yüksələn güləşçimizin rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.

Güləşçimiz Taleh Məmmədov ilk görüşdə bolqar həmkarına qalib gəlib. Dörddəbir final mərhələsində idmançımız Qraçya Poqosyan (Ermənistan) ilə qarşılaşacaq.

Millimizin üzvü Sənan Süleymanov (77 kq) səkkizdəbir finalda finlandiyalı rəqibini vaxtından əvvəl üstələyib. İdmançımızın növbəti rəqibi Yunus Əmrə Başar (Türkiyə) olacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

Oxşar xəbərlər

Güləşçilərimiz final görüşünə çıxacaq - Avropa çempionatı
Güləşçilərimiz Avropa çempionu oldu - FOTO
Güləşçilərimiz Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
3 azərbaycanlı İspaniyada medal üçün döşəyə çıxacaq
Güləşçimiz Avropa Çempionatında finala çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər