Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sumqayıt"ın 350-ci matçı -Azərbaycan Kuboku
Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Sumqayıt” komandası üçün yubileylə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi tarixinin 350-ci matçını keçirib.
“Qarabağ”la ev görüşünədək 349 dəfə meydana çıxan sumqayıtlılar yubiley qarşılaşmasından heç-heçə ilə ayrılıb – 0:0.
Bu, 101 qələbə və 158 məğlubiyyəti olan komandanın 91-ci "sülh"ü olub. Rəqib qapılarına 360 qol vuran "Sumqayıt" 468 top buraxıb.
Qeyd edək ki, əsası 2010-cu ildə qoyulan komanda əvvəllər “Sumqayıt Şəhər” adı altında da çıxış edib. 11 il ərzində komanda Premyer Liqa, I divizion, Azərbaycan Kuboku və UEFA Avropa Liqasında çıxış edib.
Oxşar xəbərlər
"Sumqayıt"da yubiley qələbəsi - 100-ə çatdı
“Sumqayıt”dan 75-ci qələbə
“Sumqayıt” üçün yubiley oyunu
"Sumqayıt" "20"yə çatdı
"Sumqayıt"dan mənfi yubiley
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası