reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt"dan mənfi yubiley


“Sumqayıt” Premyer Liqada 300-cü qolunu buraxıb.

Sportfm.az xəbər verir ki, bu, Topaz Premyer Liqasının VIII turuna təsadüf edib. Öz meydanında “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “Gənclik şəhəri” təmsilçisi mənfi yubileylə üzləşib. Bu matçadək 203 qarşılaşmada 299 top buraxan sumqayıtlılar 204-cü oyunda üçüncü “yüzlüy”ü qapayıb. Bu isə o deməkdir ki, “Sumqayıt” orta hesabla hər matçda 1,47 top buraxıb. Buraxılan 300 qola isə komanda 191 topla cavab verib. Bu 300 topdan 116-sı ev, 184-ü səfər matçında buraxılıb.

Oxşar xəbərlər

550-ci qol - Azərbaycan çempionatı
Sumqayıtda 400-cü qol
"Sumqayıt" 350-ci qolu buraxdı
"Sumqayıt"ın 70-ci səfər məğlubiyyəti
Qurbanovla “Sumqayıt”dan yubiley

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər