Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Uels millisinin nümayəndələri Bakıya gəldi -FOTO
Avro-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının 8 nəfərlik nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.
Sportfm.az xəbər verir ki, iki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb. Uelsli qonaqlar məşqlərin keçirəcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin SOCAR-ın Bakı Olimpiya Stadionunda olublar.
Qeyd edək ki, Uels milli komandası Avro-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

Oxşar xəbərlər
Bakıdakı yığmaların proqramı bilindi - AVRO-2020
Uels azarkeşləri Bakıya gələcək - AVRO-2020
Uels millisi yoldaşlıq oyunu keçirəcək - "Uembli" stadionunda
Uels millisinin nümayəndələri Bakıya səfər edib - FOTO
Şenol Güneş Bakıdan razı qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası