Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nuriyevin komandasından azarkeşlərə "yaşıl işıq" -Stadionun 50 faizi dolacaq
Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin çıxış etdiyi Ukraynanın "Minay" komandasının "Desna" ilə Premyer Liqanın XXII turunun ev oyunu azarkeşlərlə keçirəcək.
Sportfm.az xəbər verir ki, matçın oynanılacağı "Avanqard" stadionunda ümumi azarkeş tutumunun (12 000) 50 faizi qədər tamaşaçının iştirakına icazə verilib.
Qarşılaşma aprelin 17-də gerçəkləşəcək.
"Minay" hazırda ölkə çempionatında doğma meydandakı matçlarına azarkeş buraxılan yeganə komandadadır.
Qeyd edək ki, hazırda 15 xalla 14 komanda arasında sonuncu olan "Minay" klubunda Nuriyevlə yanaşı, digər azərbaycanlı futbolçu Rüstəm Əhmədzadə də çıxış edir.
Oxşar xəbərlər
Azərbaycanlı futbolçu Ukraynada fərqləndi - Assist
Nuriyevin yeni baş məşqçisi müəyyənləşdi - Müqavilənin detalları açıqlanmadı
Azərbaycanlı futbolçu klubuna kömək edə bilməyəcək - Cəzalıdır
Millimizin hücumçusu Ukrayna klubunda - RƏSMİ
"Nuriyev milliyə xeyir verə bilər" - Ukraynalı qapıçı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası