reklam
Olimpiya məşəli estafeti tamaşaçısız başladı -
Sportfm.az xəbər saytı

Olimpiya məşəli estafeti tamaşaçısız başladı -Koronavirusa görə


Yaponiyanın Osaka prefekturasında Olimpiya hərəkatı tarixində ilk dəfə olaraq Olimpiya məşəli estafeti tamaşaçısız start götürüb.

Sportfm.az xəbər verir ki, Olimpiya Oyunlarının təşkilat komitəsi açıqlamasında məşəl estafetinin qısaldılmış formatda və tamaşaçısız təşkilinin yeni koronavirusa yoluxma sayının artması təhlükəsindən narahat olan yerli hakimiyyət orqanlarının istəyi ilə həyata keçirildiyini bildirib.

Estafet böyük bir yerli parkda təşkil olunub və 200 metrlik mərhələlərə bölünüb. Olimpiya məşəlini xüsusilə, Osakada yaşayan məşhur yapon sənətçiləri və idmançıları daşıyacaqlar. Estafet iki gün ərzində baş tutacaq.

Məşəl estafeti Fukuşima prefekturasının Naraha şəhərində yerləşən “J-Village” futbol məşq mərkəzində start götürüb. Ümumilikdə estafetdə 10 minədək qaçışçının iştirak edəcəyi gözlənilir.

121 gün davam edəcək estafet ölkənin 47 prefekturasının 859 bələdiyyəsinin ərazisindən keçəcək.

Estafet iyulun 23-də məşəlin Tokio Milli Stadionunda Olimpiadanın açılış mərasiminə çatdırılması ilə başa çatacaq.

Oxşar xəbərlər

Olimpiya Oyunlarının məşəli alovlandırıldı - Pekin-2022
Estafet yarımçıq dayandırıla bilər - Tokio-2020
Olimpiya alovunun açıq nümayişi dayandırılacaq - Koronavirusa görə
Olimpiya Oyunlarında məşəl estafetinin ilk iştirakçıları məlum oldu
Pxençan Qış Olimpiya Oyunlarının məşəli Seula çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər