"Son nöqtəni qoya bilmədik" -Aftandil Hacıyev
"Fasilədən sonra bilirdik ki, çempionata köklənmək futbolçulara çətin olacaq. Bu gün bir sıra oyunçumuz müxtəlif səbəblərdən matçda iştirak edə bilmirdi. Hendrik Ekşteyn, Əfran İsmayılov və Ruslan Hacıyevin yoxluğunu daha çox hiss edirdik".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev evdə "Zirə" ilə qolsuz bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis rəqibin fərqli sistemlərlə oynadığını bildirib: "İlk 20-25 dəqiqədən sonra rəqibin oyununa öyrəşdik. Amma qonaqlar ilk yarıda daha üstün idilər. Fasilədən sonra qol epizodlarımız artdı. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Ümumən futbolçularımın oyunundan və işə yanaşmasından razı qaldım. Bu il fərqli “Zirə” görürük. Hesab edirəm ki, 1 xal qazandıq".
Hacıyevin sözlərinə görə, “Səbail”, “Zirə” səviyyəsində komandaların sayının 12-yə çatdırılması mümkündür: "Bu gün biz ən az büdcəylə mübarizə aparırıqsa, yəqin ki, mümkündür. Hesab edirəm ki, say artacağı təqdirdə yeni komandaların bölgələri təmsil etməsi daha yaxşı olar". (report)
Oxşar xəbərlər
"Meydanda gördüyünüz 90 dəqiqə son mərhələdir" - Rəşad Sadıqov
"Meydanda yalnız "Neftçi" var idi" - Aftandil Hacıyev
"Növbəti görüşə hazırlaşmalıyıq" - Aftandil Hacıyev
"Ayağımızda top görmədim" - Visente Qomes
"Fasilədən sonra ilk oyun çətin olur” - Tərlan Əhmədov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO















Misli Premyer Liqası