Yığmanın keçmiş oyunçusu azadlıqdan məhrum edildi -11 il
Futbol üzrə Kolumbiya yığmasının keçmiş yarımmüdafiəçisi Con Viafara ABŞ-da narkotik vasitələrin ticarətinə görə azadlıqdan 11 il müddətinə məhkum olunub.
Sportfm.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. O, ABŞ-a 2020-ci ilin yanvarında ekstradisiya olunub. Con Viafara ötən ilin noyabrında 5 kq-dan çox kokainin ölkə ərazisinə daşınması məqsədi ilə cinayət əlbirliyini etiraf edib. Məhkəmə hakimlərinin fikrincə, Viafara 2008-ci ildən 2018-ci ilə qədər mərkəzi Amerika ölkələrinə narkotiklərin çatdırılması ilə məşğul olmuş kriminal şəbəkənin tərkibinə daxil olub.
Qeyd edək ki, Viafara 2003-cü ildən 2010-cu ilə qədər futbol üzrə Kolumbiya yığmasının heyətində çıxış edib. O, komandada 43 oyun keçirib və 1 qol vurub.
Oxşar xəbərlər
Yığmanın sabiq üzvünə 11 il həbs
Məşqçi təcavüzə görə azadlıqdan məhrum edildi
Messi azadlıqdan məhrum edildi
Ronaldo iki il müddətinə azadlıqdan məhrum edildi
Yığmanın həkimi 60 il həbs cəzası aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası