• 05:58 Bazar
    18 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Azərbaycan millisi serblərlə müqayisə oluna bilməz" - Miloş Radivoyeviç

"Azərbaycan millisində demək olar ki, bütün futbolçular daxili liqada çıxış edir. Seçimləri elə də çox deyil".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Zirə" klubunun sabiq futbolçusu Miloş Radivoyeviç Serbiya millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi DÇ-2022-nin seçmə oyunundan əvvəl "İnformer" nəşrinə müsahibəsində deyib.

31 yaşlı serbiyalı müdafiəçi yığmanın heyətində "Qarabağ"da çıxış edən Maksim Medvedevi fərqləndirib: "O, yığmanın ən yaxşı oyunçularından biridir. Bizim üçün yaxşı olan rəqibin çox hücum etməməsidir. Medvedev komandanın digər müdafiəçisi Anton Krivotsyukdan qat-qat üstündür. Nemanya Radonyiçin Krivotsyukla asanlıqla mübarizə aparacağına əminəm".

Hazırda ölkəsində "Rad" klubunun formasını geyinən Radivoyeviç Azərbaycan yığmasının digər müdafiəçilərini də təhlil edib: "Qarabağ"dan Bədavi Hüseynov dəqiq oynayan müdafiəçidir. Hüseynov bunu Portuqaliya ilə görüşdə göstərdi. Elvin Bədəlov isə müdafiəçi deyil. "Sumqayıt" klubunda yarımmüdafiəçi kimi oynayırdı. Onlar güc və sürət baxımından hücumçularımıza qətiyyən uyğun gəlmirlər".

Müdafiəçi "Neftçi"nin kapitanı Emin Mahmudov və digər oyunçular haqqında da danışıb: "Emini xüsusi qeyd etmək istərdim. Mükəmməl zərbələri və yaxşı ötürmələri var. Canni De Byazinin Portuqaliya ilə matçda cinahlarda müdafiəçiləri oynatdığını gördüm. Azər Salahlı sol cinah müdafiəçisidir, Abbas Hüseynov isə müdafiənin sağında oynayır. Daha bir keçmiş komanda yoldaşım Tellur Mütəllimovun Serbiyaya qarşı cinahda çıxış edəcəyini gözləyirəm. Ona diqqət yetirmək lazımdır, heç kimin gözləmədiyi vaxt uzaq məsafədən möhtəşəm zərbələr vurur. . Yarımmüdafiədə son dərəcə ürəkaçan və topla yaxşı oynayan sabiq komanda yoldaşım Vüqar Mustayev var. Mahir Emreli maraqlı oyunçudur, amma öz liqaları üçün! Əli Qurbaniyə qarşı oynamamışam və keyfiyyətlərini bilmirəm. Qapıçı Şahruddin Məhəmmədəliyev isə Portuqaliyaya qarşı həyatının matçını oynadı. Ümid edirəm ki, həmin oyununu təkrarlamaz".

Radivoyeviçin fikrincə, Azərbaycan millisinin futbolçuları serbiyalılarla müqayisə oluna bilməz: "Rəqibin heyətində hamı yerli çempionatda çıxış edir və serbiyalı futbolçularla müqayisə oluna bilməz. Sadəcə, özümüz üçün böyük problem yarada bilərik. Zəif komandalarla görüşlərdə büdrəyə bilirik, amma ümid edirəm ki, bu dəfə belə olmayacaq. Yeni baş məşqçi Draqan Stoykoviçin işini yüksək qiymətləndirirəm. Əvvəlki iki oyunda komandamız əla oynadı. Futbolçularımızın rahatlamayacaqlarına inanıram. Bu vəziyyətdə asanlıqla 2 və 3 top fərqi ilə qələbə qazanacağımıza şübhə etmirəm. Bundan başqa nəticə mənim üçün sürpriz olardı".

Bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq. (report)

скачать dle 10.4 UTF-8Forex для начинающих

30-03-2021
64
REKLAM
Etketlər
#Azərbaycan, #yaxşı, #qarşı, #digər, #Hseynov, #oynadı, #mqayisə, #oluna, #bilməz, #millisinin, #asanlıqla, #Portuqaliya, #edirəm, #heyətində, #yığmanın, #serbiyalı, #oynayan, #mdafiəi, #Serbiya, #Radivoyevi
DİGƏR XƏBƏRLƏR
27-03-2021
"Matça diktə edən tərəf Portuqaliya idi" - Şahin Diniyev
25-03-2021
Portuqaliya – Azərbaycan matçının ən yaxşısı -
Portuqaliya – Azərbaycan matçının ən yaxşısı - Şahruddin Məhəmmədəliyev
24-03-2021
“Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq” -
“Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq” - AÇIQLAMA
6-02-2021
"İstənilən komanda bizi təəccübləndirə bilər" - "Qarabağ"ın legioneri
23-12-2020
"Xəyalımızı gerçəkləşdirmək bizim üçün çox çətin olacaq" - Canni De Byazi
17-11-2020
Millimizin Lüksemburqa qarşı “23-lüy”ü -
Millimizin Lüksemburqa qarşı “23-lüy”ü - SİYAHI
26-08-2020
De Byazi yığmamızın heyətini açıqladı -
De Byazi yığmamızın heyətini açıqladı - SİYAHI
9-09-2019
Premyer Liqa: III turun rəmzi komandası açıqlandı
Premyer Liqa: III turun rəmzi komandası açıqlandı
7-08-2019
Roberto Bordin:
Roberto Bordin: "Nəticəni birlikdə görəcəyik"
25-03-2019
Litvanın millisinin baş məşqçisi:
Litvanın millisinin baş məşqçisi:"Nəticə oyuna görə oldu"
22-03-2019
"Müdafiədən oynamağa gücümüz çatmadı" - Şəhriyar Rəhimov
20-03-2019
Xorvatiyada olan futbolçumuz Rəşad Sadıqovu təriflədi
Xorvatiyada olan futbolçumuz Rəşad Sadıqovu təriflədi
12-09-2018
"Özümü universal futbolçu hesab edirəm" - Donald Gerye
26-08-2018
Roberto Bordin:
Roberto Bordin: "Sübut etdik ki, güclü komandayıq"
4-06-2018
Maksim Medvedev:
Maksim Medvedev: "Qazaxıstanın indi hansı səviyyədə olduğundan xəbərim yoxdur"
  Xəbər Lenti
"Neftçi"dən böyükhesablı qələbə - Azərbaycan Premyer Liqası 17.04.2021, 22:23
"Keşlə" 0-0 "Sabah" - VİDEO 17.04.2021, 22:20
"Qarabağ"ın legioneri üçün mövsüm bitdi - Zədəyə görə 17.04.2021, 20:27
Uels millisinin nümayəndələri Bakıya gəldi - FOTO 17.04.2021, 20:23
"Sabah" "Keşlə" ilə bərabərə qaldı - Premyer Liqa 17.04.2021, 20:20
Corcina yeni paylaşımı ilə gündəm yaratdı - FOTO 17.04.2021, 19:30
Tomas Bax Yaponiyaya səfər edəcək 17.04.2021, 19:25
Millimizin heyəti açıqlandı - Avropa çempionatı üçün 17.04.2021, 18:29
“Turan Tovuz” “Qaradağ Lökbatan”ı məğlub etdi - I Divizion 17.04.2021, 17:30
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
13-04-2021
"Gücümüzü sözdə yox, meydanda deməliyik" - Millimizin oyunçusu
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
16-04-2021
Həftənin rəmzi komandası açıqlandı -
Həftənin rəmzi komandası açıqlandı - Avropa Liqası
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb