Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"da yeni futbolçu- FOTO
"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
Sportfm.az xəbər verir ki, bu gün komandanın heyətinə yeni futbolçu qoşulub. Rusiyanın "Amkar" (Perm) komandasının yetirməsi olan Rinat Hüseynov baxışa dəvət edilib. Yoxlama oyunlarında sınanıldıqdan sonra məşqçilər heyətinin rəyinə əsasən futbolçu haqda son qərar veriləcək. 20 yaşlı futbolçu mərkəz müdafiəçisidir. 189 sm boya malikdir.
Hüseynov bu mövsüm "Amkar"ın gənclər komandasında 16 oyuna çıxıb və 2 qolla yadda qalıb.
Qeyd edək ki, Rinat Hüseynov 21 yaşlılardan ibarət milli komandasının da üzvüdür.

Oxşar xəbərlər
Futbolçu qəzada dünyasını dəyişdi
Məşhur futbolçu Milanı Trabzona dəyişdi
15 qol vuran futbolçu "Qarabağ"la müqavilə imzaladı
Yığmanın üzvü vətənə qayıtdı
Hüseynov "Qarabağ"dan getdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası