
“Oyundan 50 faiz razı qaldım" - Canni De Byazi
Sportfm.az DÇ-2022-nin seçmə mərhələsində bu gün keçirilmiş Portuqaliya – Azərbaycan oyunundan sonra hər iki milli komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
Canni De Byazi (Azərbaycan millisinin baş məşqçisi): “Oyundan 50 faiz razı qaldım. İlk hissədə topa yiyələnə bilmədik, daha çox müdafiə olunmağa çalışırdıq. Amma fasilədən sonra oyunumuzu xeyli yaxşılaşdırdıq. Düşünürəm ki, ikinci hissədə məzmunlu futbol oynamağa çalışdıq. Texniki cəhətdən bizdən çox güclü olan komanda ilə oynayırdıq. Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik.
Seçmə mərhələdəki konkret hədəfimiz haqqında indidən danışmaq çətindir. Oyundan oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdır. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin oyunda və qrupda keçirəcəymiz digər qarşılaşmalarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”.
Fernando Santos (Portuqaliya millisinin baş məşqçisi): “İlk hissədə oyuna tamamilə nəzarət edirdik, amma qol vəziyyətləri yaratmaq baxımından çətinlik çəkirdik. İntizamlı, kompakt oyun nümayiş etdirirdik, topu itirən kimi dərhal onu yenidən ələ keçirməyə çalışırdıq. Azərbaycan fasilədən sonra oyun planında dəyişiklik etdi. Əsasən qısa ötürmələrdən istifadə etməklə özünə inamı qaytardı və bizə çətinliklər yaşamağa başladı. Hücum xəttində oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Əsas qələbə qazanmaq idi. Onu da əldə etdik”.
Etketlər
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Yığmamız Avropa çempionatına hazırlaşır 13.04.2021, 22:30
“Qətiyyən arxayınlaşmaq olmaz” - Joze Alesio Da Silva 13.04.2021, 21:20
"Zaqatala" 2-1 MOİK - VİDEO 13.04.2021, 21:16
Roma azarkeş problemini həll etdi - AVRO-2020 13.04.2021, 21:13
Məşhur futbolçu karyerasını bərpa etdi - 40 yaşında 13.04.2021, 20:56
Millimizin oyunu ukraynalı hakimlərə tapşırıldı - Avropa çempionatı 13.04.2021, 20:45
Boksçularımızın ilk rəqibləri bilindi - Dünya birinciliyi 13.04.2021, 19:38
Azarkeşlərə "yaşıl işıq" - FIDE 13.04.2021, 18:42
Divizionda lider yenidən dəyişdi 13.04.2021, 18:35

№ | Komanda | o | x |
1 | Neftçı | 20 | 42 |
2 | Qarabağ | 20 | 42 |
3 | Zirə | 20 | 30 |
4 | Sumqayıt | 20 | 26 |
5 | Qəbələ | 20 | 23 |
6 | Səbail | 20 | 18 |
7 | Keşlə | 20 | 17 |
8 | Sabah | 20 | 16 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Turan-Tovuz | 16 | 36 |
2 | Zaqatala | 17 | 34 |
3 | Neftçi-2 | 16 | 34 |
4 | Sabah-2 | 16 | 29 |
5 | Qarabağ-2 | 17 | 26 |
6 | Kəpəz | 15 | 17 |
7 | Qaradağ Lökbatan | 16 | 16 |
8 | Keşlə-2 | 16 | 12 |
9 | MOİK | 16 | 10 |
10 | Sumqayıt-2 | 15 | 9 |