
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
FİFA 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayıb
Ötən ilin ən yaxşıları İsveçrənin Sürix şəhərində keçirilən qala gecədə mükafatlandırılıb.
Sportfm.az xəbər verir ki, tədbirdə 7 mükafatın sahibi bəlli olub.
"FİFA Fan mükafatı”nın qalibi müəyyənləşib. Mükafatın sahibi "Borussiya” (Dortmund) və "Liverpul” azarkeşləri elan olunublar.
"FİFA ən yaxşı qadın məşqçisi” adını isə Silviya Neyd (Almaniya) qazanıb.
"FİFA ən yaxşı kişi məşqçisi" adını İngiltərənin "Lester" klubunu çempion edən Klaudio Ranyeri qazanıb.
"FİFA Puşkaş mükafatı” 2016-cı ilin ən gözəl qolunun müəllifi malayziyalı Mohd Faiz Subri ("Penanq”) olub.
"FİFA ən yaxşı qadın futbolçusu” mükafatını ABŞ-lı Çarli Lloyd qazanıb.
"FİFA ən yaxşı kişi futbolçusu” mükafatına isə "Real"ın və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo sahib çıxıb.
"FİFA Fair-Play" mükafatını Sudamerikana Kubokunun final oyununa çıxmayaraq kuboku təyyarə qəzasına uğramış "Şapekoense"yə güzəştə gedən Kolumbiya təmsilçisi "Atletiko Nasyonal" olub.
FİFA 2016-ın ilin simvolik komandası:
Qapıçı: Manuel Noyer (Almaniya, "Bavariya")
Müdafiəçilər: Dani Alveş (Braziliya, "Barselona"/"Yuventus"), Jerar Pike (İspaniya, "Barselona"), Serxio Ramos (İspaniya, "Real"), Marselo (Braziliya, "Real")
Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya, "Real"), Toni Kroos (Almaniya, "Real"), Andres İnyesta (İspaniya, "Barselona")
Hücumçular: Luis Suares (Uruqvay, "Barselona"), Lionel Messi (Argentina, "Barselona"), Kriştiano Ronaldo (Portuqaliya, "Real")
Oxşar xəbərlər
10 ilin ən güclüləri - SİYAHI
2019-cu ilin rəmzi komandası - FOTO
FIFA ilin ən yaxşı futbolçusunu açıqladı
İlin rəmzi komandasına namizədlər açıqlandı - SİYAHI
FIFA ilin 11-liyini açıqladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin