reklam
Millimiz İtaliyaya yola düşdü -
Sportfm.az xəbər saytı

Millimiz İtaliyaya yola düşdü -DÇ-2022


Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu üçün İtaliyaya yola düşüb.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumata verib.

Yığma Heydər Əliyev Aeroportundan çarter reysi ilə matçın keçiriləcəyi Turin şəhərinə yollanıb.

Dünən UEFA xətti ilə koronavirus testindən keçən milli üzvlərinin heç birində infeksiya aşkarlanmayıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək. (report)

Oxşar xəbərlər

Futbolçularımız Avstriyaya yollanır
Yığmamız yenə məğlub oldu - Yoldaşlıq görüşü
"Millimizin baş məşqçisi mənə Bakıda qalmağı məsləhət gördü" - Qara Qarayev
Millimiz sabah testdən keçəcək - UEFA-nın xətti ilə
"Qarabağ"ın 10 futbolçusu milliyə dəvət aldı - Qarşıdakı oyunlar üçün

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər