reklam
Sportfm.az xəbər saytı

"Millimizin baş məşqçisi mənə Bakıda qalmağı məsləhət gördü" -Qara Qarayev


DÇ-2022-nin seçmə mərhələ oyunları üçün Azərbaycan millisinə dəvət almış Qara Qarayev zədə səbəbindən yığmanın düşərgəsini

tərk edib.

Sportfm.az xəbər verir ki, Qara Qarayev Ağdam klubunun rəsmi saytına açıqlama verib:

"Martın 18-i axşam məşqinin əvvəlində arxa əzələmdə ağrı hiss etdim. Buna görə məşqi başa vura bilmədim. Müayinədən sonra bəlli oldu ki, sağ ayağımda əzələni saran pərdə qatında ikinci dərəcəli yırtıq əmələ gəlib. Milli komandanın həkimi ilə məsləhətləşdik, iki gün sonra təkrar MRT (Maqnit Rezonans Tomoqrafiya) elədik. Millinin həkimi də təkrar müayinədən sonra Serbiya millisi ilə oyun gününə - martın 30-dək məşqlərə qatılmağımın mümkünsüz olduğunu söylədi. Millimizin baş məşqçisi Canni De Byazi ilə görüşdə o, mənə Bakıda qalmağımı və müalicə almağımı məsləhət gördü. Yığmaya dəvət alandan bəri ilk dəfədir ki, millidən ayrı düşürəm. Milli komanda hər birimizin arzusudur. Yığmanın formasını hər zaman şərəflə geyinmişəm. Hər zaman canla-başla millidə oynamağa çalışmışıq. Hazırda komanda yoldaşlarımdan ayrı düşmüşəm və bu durum mənim üçün çox çətindir. Təəssüf ki, idmançı karyerası belədir və bəzən gözlənilməz zədələr baş verir. Yığma komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Oxşar xəbərlər

Canni De Byazi jurnalistlərin suallarını cavablandıracaq
Millimiz İtaliyaya yola düşdü - DÇ-2022
Millimiz sabah testdən keçəcək - UEFA-nın xətti ilə
"Yığmanın o qədər də çox futbolçu seçimi yoxdur" - Cahangir Həsənzadə
"Qarabağ"ın 10 futbolçusu milliyə dəvət aldı - Qarşıdakı oyunlar üçün

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər