Paytaxt klubunda Messi və Ronaldo açıqlaması -"Diqqətlə izləyirik"
Franın PSJ klubunun idman direktoru Leonardo İspaniya "Barselona"sından Lionel Messi və İtaliya "Yuventus"undan Kriştianu Ronaldonun mümkün transferinə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, braziliyalı funksioner hər iki futbolçunu diqqətlə izlədiklərini açıqlayıb.
"Hazırda Messi ilə bağlı yeni bir şey yoxdur. Ronaldoya gəldikdə, klubumuzun adının əksər xəbərlərdə hallanmasına sevinirik" deyən Leonardo bunu müsbət hal kimi dəyərləndirib: "PSJ çox arzuolunan klubdur. Bütün dahi oyunçular bizim klubla əlaqəlidirlər. Belə futbolçularla daim danışmaq imkanımız var. Amma hazırda yeni futbolçu ilə danışıqlar aparmırıq".
Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi 30 iyun 2021-ci ilədək qüvvədədir. Kriştianu Ronaldonun "Yuventus"la sözləşməsi isə 2022-ci ilin yayında bitəcək.
Oxşar xəbərlər
Messi Ronaldonun rekordunu qırdı - 1 milyonu keçdi
Messi Ronaldonu üstələdi - Qol sayında
10 ilin rəmzi komandası - Messi, Ronaldo və Levandovski
Ronaldonun cavabı hər kəsi təəccübləndirdi: "O, sadəcə başlanır"
PFL prezidenti Messi ilə Ronaldonu müqayisə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası