reklam
Azərbaycan çempionatları ləğv edildi -
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatları ləğv edildi -Koronavirusa görə


Voleybol üzrə Azərbaycan çempionatları keçirilməyəcək.

Sportfm.az xəbər verir ki, yarışların keçirilməməsinə səbəb koronavirus pandemiyasıdır. Buna ölkəmizdə aprelin 1-dək karantin rejiminin tətbiq edilməsi və qapalı məkanlarda idman yarışlarının keçirilməsinə qadağa qoyulması səbəb olub. Buna görə də 2020-2021-ci il mövsümündə kişi və qadınlar arasında ölkə çempionatları, həmçinin 1-ci dəstədəki yarışlar təşkil edilməyəcək.

Koronavirus pandemiyası ötən mövsümün də yarımçıq dayandırılması ilə nəticələnmişdi. 2019-2020-ci il mövsümündə qaliblər elan olunmadan saxlanılıb.

2021-2022-ci il mövsümünün təşkili isə koronavirusla bağlı vəziyyətdən asılı olacaq.

Oxşar xəbərlər

Bakıda Böyük Dəbilqə keçirilməyəcək - Səbəb açıqlandı
Böyük Dəbilqə yarışı ləğv olundu - Olimpiadaya görə
Norveç çempionatı ləğv edildi - Koronavirusa görə
Açıq havada idman yarışlarının keçirilməyəcək - İcazə verilmədi
"Qəbələ"dən başqa heç bir klub məşq etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər