Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" rekordunu təkrarladı -Azərbaycan Premyer Liqası
“Qarabağ” Azərbaycan Premyer Liqasının XVI turunda növbəti səfər heç-heçəsinə imza atıb.
Sportfm.az xəbər verir ki, “Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun baş məşqçi olduğu komanda rəqib meydanındakı 6-cı sülhü olub.
Bu, klub tarixinin rekordunun təkrarıdır.
Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt 6-dan artıq səfər matçında heç-heçə etməyib. 1993, 1993/94, 1999/2000, 2009/10, 2011/12 və 2012/13 mövsümlərində rəqib meydanından altı dəfə 1 xalla dönən “Qarabağ” 7-ci dəfə eyni göstəriciyə imza atıb.
Qeyd edək ki, ağdamlılar cari mövsümdə daha 6 səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək.
Oxşar xəbərlər
“Qarabağ”dan tarixi rekord
“Qarabağ”ın ən uğurlu seriyası
“Qarabağ”ın yeni rekordu - Azərbaycan çempionatları
"Qəbələ" 8 illik rekordu təkrarladı - Premyer Liqa
"Qarabağ"ın 100-cü heç-heçəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası