reklam
Sportfm.az xəbər saytı

"Sabah"da yeni futbolçu -FOTO


"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, Masazır təmsilçisi ukraynalı müdafiəçi Zurab Oçiqavanı transfer edib.

25 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Oçiqava peşəkar karyerası ərzində ölkəsinin “İlyiçevets” (2014 - 2015), “Dinamo-2” (Kiyev, 2015 - 2016), “Dinamo” (Kiyev, 2016 - 2017), “Olimpik” (Donetsk, 2017 - 2018), “Dnepr-1” (2018 - 2019), “Vorskla” (2019-20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. O, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olub.

Yeni transfer “Sabah”da 3 nömrəli formada çıxış edəcək.

Oxşar xəbərlər

"Sabah" millinin hücumçusu ilə gücləndi - Keçid
"Sabah"da braziliyalı hücumçu - TRANSFER
"Sabah"da serbiyalı hücumçu - Yeni transfer
"Sabah" "Keşlə"dən ayrılan futbolçunu transfer etdi
"Sabah" ukraynalı futbolçu transfer etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər