reklam
Sportfm.az xəbər saytı

"Sabah" ukraynalı futbolçu transfer etdi


“Sabah” yeni transferini rəsmən açıqlayıb. 

Sportfm.az saytı klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu Vitali Kvaşukla münasibətlərini rəsmiləşdirib. Ukraynalı futbolçu ilə 3 illik müqavilə bağlanıb. 

Kiyev “Dinamo”sunun yetirməsi olan Kvaşuk, karyerası ərzində Ukraynanın “Metallurq 2” (Donetsk), “Zarya 2” (Luqansk), “Olimpik” (Donetsk), Belarusun “Torpedo” (Jodino), “Vitebsk” və “Neman Qrodno” klublarında top qovub. Onun son çıxış etdiyi komanda “Neman Qrodno” olub.  

25 yaşlı yarımmüdafiəçi “Sabah”da 7 nömrəli formada çıxış edəcək. 

Oxşar xəbərlər

Millinin üzvü “Sabah”da - Transfer
"Sabah"dan növbəti transfer
"Sabah"da yeni futbolçu - FOTO
Belarus klubu "Sabah"ın futbolçusunu transfer etdi
Serbiyalı futbolçu "Sabah"la müqavilə imzaladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər