reklam
Ayxan Abbasov qələbəni şərh etdi -
Sportfm.az xəbər saytı

Ayxan Abbasov qələbəni şərh etdi -"Olduqca maraqlı oyun alındı"


"Sumqayıt"ın baş məşqçisi baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında  matçla bağlı fikirlərini bölüşüb.

Sportfm.az xəbər verir ki, 39 yaşlı mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib:

“Əvvəlcə Premyer Liqanın üçüncü dövrəsinə qələbə ilə başlamaq istəyirdik. Rəqibimiz bundan əvvəl Azərbaycan Kubokunda da qarşılaşdığımız, çempionatın baxımlı oyun sərgiləyən komandalarından biri olan “Səbail” idi. Havanın küləkli olmasına baxmayaraq, olduqca maraqlı oyun alındı. Futbolçularım verilən tapşırıqları oyun ərzində uğurla icra etdi. Qələbə münasibəti ilə komandamı və azarkeşlərimizi təbrik edirəm”.

Oxşar xəbərlər

"“Huner Group” bizi daha da motivasiya edir - Ayxan Abbasov
Ayxan Abbasov 50-yə çatdı - UĞUR
"Finalda da qələbə gözləyirəm" - Ayxan Abbasov
"Çempionatın sonunadək mübarizəni davam etdirmək istəyirik" - Ayxan Abbasov
"Koronavirus pandemiyası ilə bağlı itkilərimiz var" - Ayxan Abbasov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər