reklam
Sportfm.az xəbər saytı

"Çempionatın sonunadək mübarizəni davam etdirmək istəyirik" -Ayxan Abbasov


"Qələbə qazanmaq xoşdur. İstəyirdik ki, çempionatın sonunadək şansımız qalsın, mübarizəni davam etdirək".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, hansı komanda xarakter göstərdisə, o da qalib gəldi: "Taktiki cəhətdən diqqətli oynadıq. Futbolçularımı təbrik edirəm. Bir qol oyunun taleyini həll etdi. Futbolçularımız ilk turdan bu günədək uğur qazanmağa layiqdirlər. Amma qismətdə nə varsa. o da olacaq. İnanıram ki, mövsümün sonunda sevinən biz olacağıq".

 

Oxşar xəbərlər

"Bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - Ayxan Abbasov
"Oyuna nəzarət tam olaraq bizdə idi" - Sənan Qurbanov
Ayxan Abbasov qələbəni şərh etdi - "Olduqca maraqlı oyun alındı"
"Koronavirus pandemiyası ilə bağlı itkilərimiz var" - Ayxan Abbasov
"Hər oyunda uğurlu nəticə əldə etmək istəyirik" - Ayxan Abbasov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər