reklam
Daha iki yarımfinalçı müəyyənləşir -
Sportfm.az xəbər saytı

Daha iki yarımfinalçı müəyyənləşir -Azərbaycan Kuboku


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, sonuncu cavab görüşlərindən sonra bütün yarımfinalçılar müəyyənləşəcək.

Günün ilk matçında "Kəpəz" "Keşlə"ni qəbul edəcək. Gəncə təmsilçisi ilk görüşdə paytaxt təmsilçisinə 0:1 hesabı ilə uduzub.

İkinci görüşdə "Zirə" "Neftçi" ilə üz-üzə gələcək. Flaqman ilk matçda rəqibinə minimal hesabla məğlub olub. Bu cütün qalibi yarımfinalda "Kəpəz" - "Keşlə" duelinin güclüsü ilə qarşılaşacaq.

Azərbaycan Kuboku, 1/4 final

Cavab görüşləri

7 fevral
14:30. “Кəpəz” – “Keşlə”
Gəncə şəhər stadionu

İlk oyun - 0:1
17:30. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu

İlk oyun - 1:0

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Qəbələ"ni 3:0, "Sumqayıt" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Oxşar xəbərlər

“Qarabağ" “Sumqayıt”a, “Zirə” “Keşlə”yə qarşı - Azərbaycan Kuboku
Yarımfinalın bütün iştirakçıları müəyyənləşdi - Azərbaycan Kuboku
"Sumayıt" və "Qarabağ" yarımfinalda - Azərbaycan Kuboku
"Qarabağ" - "Qəbələ" oyununun vaxtı açıqlandı - Azərbaycan Kuboku
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər