reklam
“Mercedes” Hamiltonla razılığa gələ bilmir -
Sportfm.az xəbər saytı

“Mercedes” Hamiltonla razılığa gələ bilmir -Yüksək məvacib istəyir


“Mercedes” komandası ilə Luis Hamilton hələ də yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmirlər.

Sportfm.az xəbər verir ki, yeddiqat dünya çempionunun yeni sözləşməyə əsasən, yüksək məvacib tələb etməsi tərəflər arasında fikir ayrılığına səbəb olub. Hamiltonun tələbi Almaniya komandasını qane etmir. Britaniyalı pilotun yaş amilini nəzərə alan “Daymler” şirkəti yüksək məvacib müqabilində uzunmüddətli müqavilənin imzalanmasına razılıq vermir.

“Mercedes” rəhbərliyi Hamiltonla anlaşa bilməyəcəklərini də istisna etməyib.

Xatırladaq ki, 2008-ci ildə “Maklaren”lə çempionatın qalibi olan Hamilton 2013-cü ildə “Mercedes”ə keçdikdən sonra bu komanda ilə daha 6 dəfə çempionluq sevinci yaşayıb. 

Oxşar xəbərlər

Luis Hamilton müqavilə imzaladı - “Mercedes”lə
Hamilton və “Mercedes” arasında müqavilə imzalanacaq
Hamilton “Mercedes”dən narazıdır - Danışıqlar gedir
Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlumdur - Luis Hamilton
“Mercedes” britaniyalı pilota üç illik müqavilə təklif etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər