Hamilton “Mercedes”dən narazıdır -Danışıqlar gedir
Britaniyalı pilot Luis Hamilton yeni müqavilənin şərtləri ilə tam razılaşmır.
Sportfm.az xəbər verir ki, Formula 1 üzrə altıqat dünya çempionu L.Hamilton “Mercedes”lə müqaviləsini daha 3 il müddətinə yeniləyəcəyinə şübhə edir. Mətbuata açıqlama verən pilot 2022-ci ildə reqlament dəyişikliyindən sonra proseslərlə tanış olmaq istədiyini söyləyib: “Hələ qərar qəbul etməmişik. “Mercedes”də qalmaq istəyirəm. Masada 3 illik müqavilə müzakirə ediləcək. Bir müddət öncə bunun üçün şifahi razılıq əldə etsək də, indi vəziyyət dəyişib. Belə məqamda qarşıdakı 3 ildə “Mercedes”də qalacağımı iddia edə bilmərəm. Hələ ki, heç kimlə danışıqlar aparmamışam və bunu etmək fikrim də yoxdur. Hər şeydən öncə “Mercedes”in rəhbəri Toto Volffla görüşməliyəm. Yaxın aylarda hansı qərar qəbul olunacağını özünüz də görəcəksiniz”.
Xatırladaq ki, L.Hamilton 2013-cü ildən “Mercedes”də çıxış edir və o bu komanda ilə 5 dəfə dünya çempionu olub.
Oxşar xəbərlər
Luis Hamilton müqavilə imzaladı - “Mercedes”lə
Hamilton və “Mercedes” arasında müqavilə imzalanacaq
“Mercedes” Hamiltonla razılığa gələ bilmir - Yüksək məvacib istəyir
Hamilton Şumaxerin rekordunu təkrarladı
Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlumdur - Luis Hamilton
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Dinamo" Zaqrebə qarşı - Gənclər Liqası
-
FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
“Kəpəz” növbəti mərhələdə - Azərbaycan kuboku
-
"Şəfa"dan 9 qol, "Şahdağ Qusar"dan inmalı qələbə - Azərbaycan Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası