reklam
Bundesliqa matçında qalmaqal -
Sportfm.az xəbər saytı

Bundesliqa matçında qalmaqal -Futbolçu irqçiliyə məruz qaldı


Almaniya Bundesliqasının XVI turunda keçirilmiş "Union Berlin" - "Bayer" (Leverkuzen) matçında qalmaqal baş verib.

Sportfm.az xəbər verir ki, "Union Berlin"in oyunçularından biri "Bayer"in futbolçusu Nadim Amiriyə qarşı irqçi ifadə işlədib.

Adı açıqlanmayan şəxs əfqan əsilli 25 yaşlı yarımmüdafiəçini təhqir edib. 

Futbolçu məsələ ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "Matçdan sonra həmin şəxs paltardəyişmə otağına gəldi və meydanda söylədiyi sözlərə görə üzr istədi".

Qeyd edək ki, Nadim Amiri 2019-cu ildən Almaniya yığmasının formasını geyinir.

Oxşar xəbərlər

Leverkuzen təmsilçisi qalib gəldi - çempionluq gəlir
“Bayer”dən növbəti qələbə - Almaniya Bundesliqası
“Şalke” “Maynts”ı məğlub yola saldı - Bundesliqa
Yenə irqçi ifadələr, yenə Almaniya - Cəza
Azarkeşlərin yerinə pankart olacaq - Almaniya klubuna ağır cəza

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər