reklam
Mahir Mədətov Bundesliqaya gedir? -
Sportfm.az xəbər saytı

Mahir Mədətov Bundesliqaya gedir? -Özü açıqladı


Hazırda Bundesliqanın iki köklü komandasından transfer təklifi almışam. Hələ ki, xəbər gözləyirəm. Yanvarın 15-ə qədər hər şey məlum olacaq.

Sportfm.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun gənc hücumçusu Mahir Mədətov deyib.

O, Bundesliqa təmsilçisi olan iki komandadan daha ciddi təklif aldığını gizlətməyib. M.Mədətov onu transfer etmək istəyən klubların adlarını açıqlamaq istəməsə də, biz onun "saqqızını oğurlaya bildik"...

M.Mədətov "Beşiktaş"a transfer olunacağı ilə bağlı xəbərlərə toxunaraq bunun uydurma olduğunu vurğulayıb:

"Beşiktaş"a transfer olunmağım barədə heç özümün də xəbərim yoxdur. Sadəcə bunu düşünürəm ki, ola bilsin "Qarabağ"a bu barədə müraciət ediblər. Ancaq şəxsən mənə müraciət olunmayıb. Çox vaxt belə uydurma xəbərlər yayılır və mən buna çox üzülürəm. Məndən öncə isə məşqçim üzülür. Onun da belə yersiz iddialardan xoşu gəlmir. Belə yanlış xəbərlərlə xal qazanmaq doğru deyil"./publika.az

Oxşar xəbərlər

"Heç bir klubdan rəsmi transfer təklifi gəlməyib" - Mahir Emreli
Anar Mədətov: ""Əmrəli" soyadını daşıyanın oğlu elə fəraridir"
"Bu vaxtlarda futbolçuya belə şeyləri xəbər etmirlər" - Mahir Mədətov getmək istəmir?
Mahir Mədətov fitə basılmasından danışdı: Mənə təhqirlər davam edirsə...
Mahir Mədətov Türkiyəyə yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər