reklam
“Qarabağ”dan
Sportfm.az xəbər saytı

“Qarabağ”dan "Beşiktaş" açıqlaması -RƏSMİ


"Qarabağ" Mahir Mədətovun "Beşiktaş"a transfer olacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Sportfm.az xəbər verir ki, klubun icraçı direktoru Əmrah Çəlikəl qol.az-a açıqlamasında yayılan məlumatı təkzib edib. "Qarabağ" rəsmisi Türkiyə nəhəngindən gənc hücumçu ilə bağlı hər hansı təklif almadıqlarını söyləyib:

"Mən də xəbəri bu gün qəzetdən oxudum. Bizə "Beşiktaş"dan Mahirə görə təklif gəlməyib. Düzdür, bu komanda ilə yaxşı münasibətlərimiz var. Amma təklif gəlsəydi, xəbərimiz olardı. Bizdə bu barədə hər hansı məlumat yoxdur".

Qeyd edək ki, "Futbol+" qəzeti bu gün "Beşiktaş" rəsmilərinin Bakıda olacaqlarını və Mədətovun transfer məsələsini müzakirə edəcəklərini yazıb. Məlumata görə, İstanbul klubunun baş məşqçisi Şenol Günəş Mahiri öz komandasında görmək istəyir.

Oxşar xəbərlər

"Musa ilə bağlı hər hansı müraciət olmayıb" - AÇIQLAMA
"Heç bir klubdan rəsmi transfer təklifi gəlməyib" - Mahir Emreli
Əmrah Çəlikəl açıqladı: "Geryeyə görə..."
Mahir Mədətov “Beşiktaş”la müqavilə imzaladı
"Beşiktaş"ın rəqibi müəyyənləşdi - "Qarabağ"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər