Ağdam klubundan Almeyda ilə bağlı açıqlama
"Qarabağ" Riçard Almeydanın klubdan ayrılması ilə bağlı Qazaxıstan mətbuatına verdiyi açıqlamaya münasibət bildirib.
Sportfm.az xəbər verir ki, klubun direktoru Əmrah Çelikel qol.az saytına bildirib ki, onlar futbolçuya yeni müqavilə təklif ediblər: "Danışıqlar olub. Biz təklifimizi irəli sürmüşük və hazırda ondan cavab gözləyirik. Qazaxıstan mediasında dediklərini bizim saytlarda görmüşük. Almeydanın bizimlə müqaviləsi başa çatıb. Bizə klubdan ayrılması ilə bağlı heç nə deməyib".
Klub rəsmisi Almeydanın "Qarabağ"dan illik 650 min dollar tələb etməsi haqda xəbərlərə də toxunub: "Klubun maliyyə balansı var ki, onu poza bilmərik. Maaşını artırmaq istəməsi haqda xəbərlər doğrudur. Onun belə bir şərt irəli sürməsini başa düşürük. Hazırda azad agentdir. Amma qeyd etdiyim kimi, biz onunla yeni müqaviləni digər futbolçularla da maliyyə balansını qorumaqla bağlaya bilərik. Ayrılmaq haqda açıqlamasına gəlincə, şəxsən özü bizə bu haqda heç nə deməyib".
Ə.Çelikel onu deyib ki, "Qarabağ"ın Almeydanın son müqavilədəki maaşı azaltması barədə fikirlər isə doğru deyil: "Belə bir şey olmayıb".
Oxşar xəbərlər
"Heç bir klubdan rəsmi transfer təklifi gəlməyib" - Mahir Emreli
“Qarabağ”da müqaviləsi başa çatan oyunçuların aqibəti necə olacaq? - Klubun direktoru açıqladı
"Astana"nın prezidenti: "Almeydanı çoxdan izləyirdik"
"Qarabağ" Almeydanın "Bursaspor"a keçəcəyinə dair iddialara münasibət bildirdi - RƏSMİ
Riçard Almeyda Azərbaycanı tərk edib, İtaliyada oynaya bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası