reklam
Nelson Bonilla:
Sportfm.az xəbər saytı

Nelson Bonilla: "Onları sevgi ilə xatırlayıram"


"Bu il mənim üçün uğurlu oldu. 12-si "Zirə”, 3-ü milli və 3-ü "Nasional”ın heyətində olmaqla ümumən 18 qol vurdum”.

Sportfm.az xəbər verir ki, bu sözləri hazırda Portuqaliyanın "Nasional” klubunda çıxış edən Nelson Bonilla "Elsalvador” nəşrinə müsahibəsində deyib.

Salvador millisinin futbolçusu deyib ki, "Zirə”də ona daha çox şans veriblər: "Baş məşqçi mənə inanırdı. Mənim Azərbaycan çempionatında çıxış etməyim  sonradan Portuqaliyada oynamağa kömək etdi. Orada mənə kömək edən insanlara təşəkkür edirəm. Onları sevgi ilə xatırlayıram. Bilirəm ki, həm Azərbaycanda, həm də bir vaxtlar çıxış etdiyim Rumıniyada qapılar mənim üzümə həmişə açıqdır”.

O bildirib ki, Portuqaliya çempionatının səviyyəsi Azərbaycan Premyer Liqasının səviyyəsindən üstündür: "Amma aradakı fərq elə böyük də deyil. Çünki Azərbaycanda Avroliqanın qrupunda oynayan və Çempionlar Liqasının qrupuna düşmək istəyən komandalar var”.

Oxşar xəbərlər

"Milliyə kömək etmək üçün qayıtdım" - Polina Rəhimova
"Zirə" Bonilyanın transferindən nə qədər qazanıb?
Nelson Bonilla: “Azərbaycandakı uğurumu Portuqaliyada da təkrarlayacam”
Azərbaycana qayıdacağıma ümid edirəm...MÜSAHİBƏ
Bonillanın yeni klubu müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər