"Karyeramı hazırkı klubumda bitirmək istəyirəm" -Ruslan Abışov
"Gələcəklə bağlı o qədər də fikir səsləndirə bilməyəcəyəm. Amma istəyərəm ki, karyeramı hazırkı klubumda başa vurum".
Sportfm.az xəbər verir ki, bu fikirləri instaqram səhifəsində canlı yayımda "Sabah" klubunun kapitanı Ruslan Abışov deyib.
O bildirib ki, indiki komandasına hələ istədiyini verə bilməyib: "Hər zaman özümü "Sabah" qarşısında borclu hesab edirəm. Karyeramı"Sabah" klubunda
sonlandırmaq istəyərəm".
Abışovun sözlərinə görə, hər şey futbolçunun özündən asılıdır: "Stabil və uğurlu çıxış edən futbolçuya həmişə təklif gələcək. Formada olsam, stabil çıxış etsəm, "Sabah" olmasa da, 100 faiz hansısa klubdan təklif gələcək".
Təcrübəli oyunçu futbolu bitirdikdən sonra bu sahədə qalmaq istədiyini sözlərinə əlavə edib: "Baş məşqçi olmaq barədə düşünməmişəm. Amma müəyyən klubda və ya AFFA-da hansısa idarəetmə sistemində çalışmaq istəyərəm. Baş məşqçilik barədə planım yoxdur".
Oxşar xəbərlər
"Hələ karyeramı bitirmək barədə düşünmürəm" - Ruslan Abışov
"Karyeramı bitirmək istəmirəm" - Rail Məlikov
"Rəşad Sadıqov tələbkar məşqçidir" - Şəhriyar Rəhimov
"Hər mövsümün sonu karyeramı bitirmək barədə fikirləşirdim" - Rəşad Sadıqov
"Cari mövsüm futbolçu kimi iştirak etdiyim sonuncu çempionatdır” - Rəşad Sadıqov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası